“Skenderbeu” – “Neftçi” oyununa bilet tapılmır

"Skenderbeu"nun Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə oyununda bilet satışında maraqlı olay yaşanıb. Apasport.az saytının məlumatına görə, ötən cümə günortadan sonra satışa çıxarılan biletlər qısa müddətdə alınıb.
Belə ki, 3020 bilet 24 saat ərzində alınıb. Bu da yerli azarkeşlərin doğma komandalarının "Neftçi" ilə cavab oyununa böyük marağının olduğunu göstərir. Sürətli satış onunla da izah olunur ki, tribunalarda yenidənqurma işləri nəticəsində biletlərin sayı azaldılıb. "Neftçi" ilə cavab matçında 3500 azarkeşin olacağı gözlənilir ki, bəziləri stadionun pilləkənlərində oturmalı olacaq.
Tərəfdarlar isə "Neftçi" ilə matçda şüarlarla kömək etməyə hazırlaşırlar. Onlar komandanın turnirdə mərhələ keçməklə bağlı tarixi nəticə əldə etmələrini çılğın dəstəkləyəcəklərinə söz veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31