Mourinyo: "Ronaldo "Mançester Yuanyted"i sevir"

"“Real” klubu kifayət qədər varlıdır və Ronaldonu satmayacaq"

"Mançester Yunayted"ə sevgisinə baxmayaraq Kriştiano Ronaldo "Real"da qalacaq". ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Londonun "Çelsi" klubunun məşqçisi Joze Mourinyo bildirib:
"Mənim bildiyimə görə, "Real" klubu kifayət qədər varlıdır və Ronaldonu satmayacaq. Bu klub Ronaldonun bütün təkliflərini qəbul edə bilər".
Məşqçinin sözlərinə görə, Ronaldo "Mançester Yunayted"i və Premyer Liqanı sevməsinə baxmayaraq "Real"da qalmağı planlaşdırır.
Xatırladaq ki, 2015-c ildə Kriştiano Ronaldo ilə "Real"ın müqaviləsinin bitir. Oyunçu isə hələ yeni müqavilə bağlamağa tələsmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31