"Neftçi" kamerunlu hücumçu ilə müqavilə imzaladı

Bakının "Neftçi" peşəkar futbol klubu Belçikanın "Kortrjik" klubundan Ernest Nforu rəsmən heyətinə qatıb. Bu barədə Trend-ə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, klub kamerunlu hücumçu ilə 2+1 illik müqavilə imzalayıb.
Nfor sabahdan "Neftçi"nin düşərgəsinə qoşulacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31