Felipe Melo İstanbula gəlib
19 İyul 2013 21:00 İdmanİstanbulun "Qalatasaray" futbol klubunun İtaliyanın "Yuventus" futbol klubundan icarə əsasında heyətinə qatdığı Felipe Melo, dünən axşam İstanbula gəlib. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunu yüzlərlə "cim bom" azarkeşı qarşılayıb. Azarkeşlərin əhatəsində qalan braziliyalı futbolçu, "Qalatasaray" fanatları ilə xatirə şəkilləri çəkdirərək, avtoqraflar imzalayıb. F.Melo, "Qalatasaray"la "Yuventus" arasında bağlanan müqavilə əsasında daha 3 il İstanbul klubunda çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31