"Neftçi" BATE-yə rəqib oldu

Bu gün İsvçərənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Trend-in məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbirdə turnirdəki təmsilçimiz Bakının "Neftçi" klubunun da potensial rəqibi müəyyənləşib.
Artıq "Neftçi"nin növbəti mərhələdəki potensial rəqibi müəyyənləşib. Belə ki, son Azərbaycan çempionu "Skenderbeu" səddini keçəcəyi təqdirdə BATE (Belarus) - "Şaxtyor" (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
"Neftçi" III mərhələyə yüksələcəyi təqdirdə ən azı Avroliqanın "play-off" mərhələsinə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 30-31 iyul və 6-7 avqust tarixlərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31