“Anji”, “PSJ”, “Mançester Siti” və “Monako” Messinin transferinə görə 120 milyon avro ödəməyə hazırdırlar

Avropanın dörd aparıcı klubu İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messini transfer etmək niyyətindədir. Bu barədə Trend İspaniyanın "AS" qəzetinə istinadən bildirib.
Argentina millisinin 26 yaşlı oyunçusunu "PSJ" klubundan başqa "Anji", "Mançester Siti" və "Monako"klubları da heyətində görmək istəyir.
Məlumatda bildirilir ki, hər dörd klub Messiyə görə, futbol aləmində rekord məbləğ 120 milyon avro ödəməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31