"Fənərbağça" Çempionlar Liqasında iştirak edəcək

Türkiyənin "Fənərbağça" klubu Çempionlar Liqasının 2013/2014-cü il mövsümündə iştirak etmək hüququ əldə edib. Bu barədə Trend klubun saytına istinadən məlumat verir.
"Fənərbağça" klubunun prezidenti Əziz Yıldırım bildirib: "Biz öz hüquqlarımız uğrunda sona qədər mübarizə aparacağıq. "Fənərbağça" püşkatma mərasimi sabah baş tutacaq Çempionlar Liqasında iştirak edəcək".
Xatırladaq ki, daha əvvəl UEFA 2013/2014-cü il mövsümündə "Fənərbağça"nın Çempionlar Liqasında, "Beşiktaş"ın isə Avropa Liqasında iştirakını qadağan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31