“Korçada Bakıdakından da yaxşı oynamalıyıq”
18 İyul 2013 20:01 İdman"Neftçi"ilə oyunun nəticəsindən məmnunam. Bu üzdən heç bilmirəm nə deyim". Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın "Skenderbeu" klubunun futbolçusu Jetmir Sefa deyib.
Yarımmüdafiəçi Çempionlar liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə Bakıda keçirilən ilk oyunundan sonra matçı haqda fikirlərini açıqlayıb: "Biz əla oynadıq və rəqibin cütün taleyini həll etməsinə imkan vermədik. Əminəm ki, heç kim belə nəticə gözləmirdi. Lakin biz meydanda hər şeyimizi qoyduq. İlk yarıda daha yaxşı oynayıb meydan sahiblərinə çətinliklər də yaşatdıq. İndi biz cavab oyununa köklənməliyik. Biz müsbət nəticə əldə etmişik. Lakin hələ heç nə bitməyib. Korçada Bakıdakından da yaxşı oynayıb mərhələ adlamalıyıq. Düşünürəm ki. bu çətin olacaq".
Qeyd edək ki, cavab oyunu iyulun 23-də keçiriləcək komandaların ilk matçı qolsuz heç-heçə ilə başa çatıb.