Mourinyo Runini istəyir
18 İyul 2013 21:17 İdman"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"dən ayrılması gözlənilən Ueyn Runi ilə maraqlandıqlarını açıqlayıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Tailanddakı hazırlıq oyunundan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis hazırda transfer siyasətlərində ingilis hücumçunun birinci yerdə olduğunu deyib.
O, Runi üçün "qırmızı şeytanlar"a təklif göndərdiklərini təsdiqləyib: "Ancaq Runiyə görə futbolçu təklif etməmişik. Sadəcə, təzminat ödəməyə hazır olduğumuzu bildirmişik. Runini istəyirik və təklifimizə cavab gözləyirik. Hər şey "MY"dən asılıdır".
Qeyd edək ki, bundan əvvəl London klubunun "MY"a 10 milyon avro, David Luis və ya Xuan Matadan birini təklif etdiyi və bu təklifini "qırmızı şeytanlar" tərəfindən rədd edildiyi iddia olunmuşdu.