“Tromsö”nün çox böyük təcrübəsi var”
18 İyul 2013 20:57 İdman"Biz 2013-cü ildə yaşayırıq. Bu üzdən internet vasitəsilə foto və çoxlu informasiya toplamaq olur. "Tromsö" haqqında çox şey bilirik". Apasport.az saytının məlumatına görə, bunu "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Bu gün keçiriləcək "Tromsö" - "İnter" oyunundan əvvəl gürcü çalışdırıcı rəqibini dəyərləndirib: "Tromsö" avrokuboklarda bir neçə il çıxış etmiş komandadır. Bu onların yaxşı tanınmasına səbəb olub. Rəqimiz öz oyun üslubu olan yaxşı komandadır. Bizim onlara böyük hörmətimiz var. Onların çox böyük təcrübəsi var".
Qeyd edək ki, Kaxaber Tsxadadze vaxtilə futbolçu karyerası ərzində Gürcüstan yığmasının kapitanı qismində Norveçin paytaxtı Osloda oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31