Con Toşak: "Azərbaycana yaxşı nəticə ilə qayıtmaq istəyirik"

"Makkabi"nin videoyazılarını izləmişik. Ancaq düşünmürəm ki, bu, bizə rəqibi tam öyrənməyə imkan verəcək. Ona görə də, ilk növbədə, öz oyunumuz haqda düşünməliyik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak ötən gün keçirilən mətbuat konfransında deyib.
Uelsli mütəxəssis komandasına güvəndiyini bildirib: "Son günlərdə çox səyahətlər etmişik. Bu da komandaya təsirsiz ötüşməyib. Rəqibə hörmətlə yanaşırıq. Hər şey futbolçuların öz əllərindədir. Komandama güvənirəm və Azərbaycana yaxşı nəticə ilə qayıtmaq istəyirik".
Qeyd edək ki, "Makkabi" - "Xəzər Lənkəran" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31