Blatter: «Çempionat üçün Braziliya ola bilsin uyğun yer deyil»

FİFA-nın prezidenti Yozef Blatter 2014-cı ildə futbol üzrə dünya çempionatının Braziliyada keçirilməsi üçün ola bilsin "uyğun yer deyil" söyləyib. Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, o, deyib ki, əgər çempionat zamanı ölkədə kütləvi etirazlar davam edərsə, bu, yarışların keçirilməsi üçün düzgün y erin seçilmədiyinin göstəricisi sayıla bilər. Blatterin sözlərinə əsasən, Braziliya hakimiyyəti Konfederasiya kuboku zamanı öləni bürüyən etiraz aksiyalarından dərs çıxarmalıdır. Onda ölkənin bir neçə şəhərində etirazçılar stadionların ətrafında da aksiya keçirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31