"Çelsi"nin ulduzu "Trabzonspor"da
Floran Maluda Türkiyə çempionatında çıxış edəcək
18 İyul 2013 11:14 İdmanTürkiyənin "Trabzonspor" klubu "Çelsi"dən transfer etdiyi Floran Maludanı Türkiyəyə gətirib.
Sportal.az xəbər verir ki, ingilis klubu ilə müqaviləsi başa çatan təcrübəli yarımmüdafiəçi şəxsi təyyarə ilə Trabzon şəhərinə gətirilib. 400-ə yaxın azarkeş qrupu tərəfindən qarşılanan fransalı futbolçu klubun bazasına gəlib və orada klub prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşüb.
Bu gün tibbi müayinədən keçeəcək 33 yaşlı oyuçu "Trabzonspor"la müqavilə imzalayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31