"Mançester Yunayted"in "Çelsi"yə Runi cavabı

İngiltərənin "Mançester Yunayted" klubu London təmsilçisi "Çelsi"nin hücumçu Ueyn Runinin transferi ilə bağlı təklifini rədd edib. Bu barədə Trend "Sky News"a istinadən məlumat verir. Runinin "Mançester Yunayted"i tərk edəcəyi barədə şayiələr uzun müddət davam edirdi.
Mövsümün sonunda 1986-ci ildən etibarən kluba rəhbərlik edən Aleks Fergüssonun komandanı tərk etməsindən sonra Runinin digər kluba keçməsi barədə şayiələr daha da artdı.
Ötən həftə "Mançester Yunayted"in yeni baş məşqçisi Devid Moyes Runi ilə görüşdən sonra bildirib ki, futbolçu klubda qalacaq.
Xatırladaq ki, Runinin müqaviləsinin müddəti 2014/2015-ci il mövsümünün sonuna kimidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31