“Milan” Aleksis Sançeslə maraqlanır
17 İyul 2013 11:50 İdmanİtaliyanın "Milan" klubu İspaniyanın "Barselona" klubunun hücumçusu Aleksis Sançeslə maraqlanır. Bu barədə Trend "Goal.com" saytına istinadən xəbər yayıb.
"Rossoniyer"lər Çili yığmasının 24 yaşlı hücumçusunu Robinyonun digər kluba keçməsi təqdirdə heyətinə qatacaq.
Xatırladaq ki, Robinyonun Braziliyanın "Santos" klubuna keçidi ilə bağlı danışıqlar bu həftə dayandırılıb. Aleksis Sançeslə "İnter", "Roma" və "Qalatasaray" klubları da yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31