Neqredo "Mançester Siti"nin şərəfini qoruyacaq
16 İyul 2013 20:26 İdmanİspaniyanın "Seviliya" klubunun hücumçusu Alvaro Neqredo növbəti mövsümdən etibarən İngiltərənin "Mançester Siti" klubunun heyətində çıxış edəcək. Bu barədə Trend "Rusiya KİV"nə istinadən məlumat verib.
Oyunçunun transferinə görə, İngiltərə təmsilçisi 25 milyon avro ödəyəcək. Bundan əlavə İspaniya təmsilçisi bonus olaraq 3 milyon avro da əldə edə bilər.
Ötən mövsüm 27 yaşlı Neqredo İspaniya çempionatında 36 oyunda meydana çıxıb. O, bu oyunlardan 25-də fərqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31