Stiven Cerrard "Liverpul" azarkeşlərinə söz verdi
16 İyul 2013 11:52 İdmanİngiltərənin "Liverpul" futbol klubu, komandanın kapitanı olan Stiven Cerrad ilə hazırkı müqavilənin müddətini uzatmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan futbol üzrə İngiltərə millisinin forvardı, 2015-ci ilə qədər komandasının uğurları üçün çalışacaq. 33 yaşlı ulduz futbolçu dünən ingilis jurnalistlərlə söhbətində futbolçu koryerasını "Liverpul"da sona çatdırmaq haqqında fikirləşdiyini dilə gətirib. S.Cerrard bildirib ki, o bundan sonra da bütün təcrübə və bacarağını "Liverpul"un gələcəyi üçün sərf edəcək. S.Cerrard, son bir neçə il ərzində komandanın ciddi uğursuzluq zolağına düşdüyünü etiraf edərək bildirib ki, yeni mövsümdən azarkeşlər "Liverpul"u daha əzəmətli komanda kimi seyr edəcəklər. O, komandanın azarkeşlərini əmin edib ki, yeni mövsümdə komandanın əsas hədəfi Premyer Liqada ilk üçlükdə mövqe tutmaqdır.