“Həyat yoldaşımın ildə 1 dəfə başqası ilə birlikdə olmasına icazə verirəm”

Rus basketbolçunun xanımı maraqlı açıqlama ilə çıxış edib

"Həyat yoldaşımın ildə 1 dəfə başqası ilə birlikdə olmasına icazə verirəm". Bu maraqlı açıqlamanı rus basketbolçu Andrey Krilenkonun xanımı Mariya Lopatova bildirib.
ANS PRESS-in "Hüriyyet"ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın "Brooklyn Net" klubu ilə ötən həftə müqavilə imzalayan basketbolçu ilə bağlı məşhur pop ulduz Mariya Lopatovanın 2006-cı ildə "Salt Lake Tribune" qəzetinə verdiyi müsahibə yenidən gündəmə gəlib.
O zaman Lopatova müsahibəsində qadağan olan şeylərin hər zaman daha çox arzulandığını bildirib: "Xüsusən kişi idmançılar onlara təqdim edilən şeyləri qəbul etməyə meyllidirlər. Eyni şey uşaqlara da aiddir. Məsələn, mən uşağıma "Pizza olmaz" desəm o Pizza istəyəcək".
Lopatovanın həyat yoldaşı Krilenkoya verdiyi bu 1 gecəlik icazəsinin məqsədi, idmançının işi ilə əlaqədar ilin 7 ayının dünyanın müxtəlif yerlərində olarkən şorgözlük etməsinin qarşısını almaqdır.
Loptova həmçinin qeyd edib ki, bu razılaşma birtərəflidir. Amma bu bir gecə xaricində həyat yoldaşının başqa əlaqələrini qəbul etməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31