Şirvanda tullantıların içindən avtomat tapıldı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Şirvan Şəhər Polis Şöbəsinə məişət tullantılarının atıldığı ərazidən müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Olaylar.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31