İsrailin Azərbaycandakı səfirliyinə hücum cəhdinin qarşısı alınıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İsrailin Bakıdakı səfirliyinə hücumun qarşısını alıblar.

Olaylar.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilib ki, iranəsilli olduğu güman edilən silahlı şəxs İsrailin Azərbaycandakı səfirliyinə daxil olmağa cəhd göstərib, lakin Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qarşısı alınıb. O, həbs edilib və dörd ay müddətinə nəzarət altına alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31