Salyanda silah-sursat aşkarlanıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Salyanda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Olaylar.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən 2 ədəd "İJ" markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31