Azərbaycan-İran sərhədini pozan şəxs SAXLANILDI - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Telman Tərlan oğlu İsgəndərov Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycan-İran sərhədini pozan şəxs ƏLƏ KEÇİB

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31