Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində öldü
15 Noyabr 2023 13:18 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Olaylar.az xəbər verir ki, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31