Bakıda tikiş sexi və anbarda yanğın olub
14 Noyabr 2023 20:03 HadisəBakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Olaylar.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 313 m² olan tikilinin (tikiş sexi və anbar kimi fəaliyyət göstərir) içərisində 1 ədəd dəzgah və 10 top parça yanıb.
Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31