Ortasında ağaclar olan yeni yol çəkildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bakıda ağaclar yeni çəkilmiş yolun tən ortasında saxlanılıb.

Olaylar.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sakinlər qeyri-adi yolun Bakının Nizami rayonunda, 8-ci kilometr qəsəbəsində, yaşayış binasının həyətində çəkildiyini qeyd ediblər.

Yolun tən ortasında saxlanılan ağaclar gediş-gəlişə mane olmaqla bərabər, onların uzun müddət sağlam qalacağı da şübhə altındadır.

Hətta videonun şərh hissəsində ağaclardan birinin artıq qurumaq təhlükəsi ilə üz-üzə olduğu bildirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31