Bakıda kişi marketdən 175 manatlıq şokolad oğurladı
14 Noyabr 2023 13:22 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda marketlərin birindən 175 manatlıq şokolad oğurlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.
Hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsindəki marketdə baş verib.
Belə ki, marketə girən kişi oradan şokoladları öz çantasına qoyub və enerji içkisi alaraq məkanı tərk edib.
Oğurluq hadisəsi təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31