Şabranda yol kənarından odlu silahlar tapılıb
14 Noyabr 2023 13:07 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Şabran rayonunda yol kənarından odlu silahlar tapılıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.
Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31