Ağcabədidə vətəndaşlardan odlu silahlar təhvil götürülüb
14 Noyabr 2023 10:39 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 12 müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31