Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanın rayonlarında 4 bala qədər hiss olundu (YENİLƏNİB)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Türkiyə-İran sərhəddindəki zəlzələ Naxçıvanın bir neçə rayonlarında qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınmışdır. Zəlzələ Naxçıvan MR-nın Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunmuşdur.

Yerli vaxtla saat 18:58-də qeydə alınan zəlzələ yerin 10 kilometr dərinliyində olub.

xxx

Noyabrın 13-də saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.

xxx

Bu gün Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.

Olaylar.az xəbər verir ki, saat 18:58-də qeydə alınan zəlzələ daha çox Naxçıvan şəhərində hiss olunub.

Zəlzələ təxminən 5-7 saniyə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31