Yanğınsöndürənlər tapdıqları bir qutu qızılı sahibinə verdilər
13 Noyabr 2023 12:56 HadisəYanğınsöndürənlər yanğın zamanı tapdıqları bir qutu qızılı sahibinə veriblər.
Bu barədə Olaylar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar. Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.
Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31