Bakıda maşınlardan telefon oğurlayan şəxs ələ keçdi

Paytaxtda növbəti silsilə oğurluq hadisəsinin üstü açılıb.

Olaylar.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31