Bakıda “Toyota” qaçıran şəxs çox uzağa gedə bilmədi
13 Noyabr 2023 10:51 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda avtomobil oğrusu saxlanılıb.
DİN-dən Olaylar.az-a verilən məlumata görə, noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən "Toyota" markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31