Gəncədə dəm qazından zəhərlənənlərin SON VƏZİYYƏTİ
13 Noyabr 2023 10:49 Hadisə12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.
Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə əlavə edilib.
Xatırladaq ki, Gəncədə bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31