Gəncədə Türkiyə vətəndaşı öldü
13 Noyabr 2023 10:36 HadisəNoyabrın 12-də Türkiyə Respublikası vətəndaşı, 1947-ci il təvəllüdlü Anil İbrahim Mustafa Kamal oğlu yüksək qan təzyiqi xəstəliyi ilə Gəncə şəhər Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsinin 3 nömrəli şəhər xəstəxanasına müraciət edib.
Olaylar.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31