Bakıda vətəndaşın pulunu talayan şəxs saxlanılıb
13 Noyabr 2023 10:34 HadisəNoyabrın 9-da Sabunçu qəsəbəsi ərazisində bir nəfərin pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nail Həsənli Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31