Sərxoş ata maşını aşırdı, azyaşlı oğlu öldü

İmişli rayonunda ağır yol qəzası baş verib.

Olaylar.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan ailə üzvləri - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və oğlu, 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar.

F.Tağızadə aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır. (Trend)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31