Bakıda anbardan 18 min manatlıq oğurluq edilib
11 Noyabr 2023 11:35 HadisəSəbail rayonunun Badamdar qəsəbəsində yerləşən bir anbardan 18340 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31