Evdən generator və təmir alətləri oğurlandı
10 Noyabr 2023 11:18 HadisəBakının Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlanıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.
Araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31