Xəqani Həsənov saxlanılıb - DİN məlumat yaydı
9 Noyabr 2023 10:26 HadisəPaytaxtda quldurluq hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov müəyyən olunaraq saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31