Oğuzda qəza olub, xəsarət alan var

Oğuzda hərəkətdə olan atı maşın vurub, 66 yaşlı atlı xəsarət alıb.

Olaylar.az bildirir ki, hadisə axşam saatlarında rayonun Padar-Böyük Söyüdlü avtomobil yolunda baş verib.

Hərəkətdə olan atı maşın vurub.

Hadisə zamanı at tələf olub, 66 yaşlı atlı - rayonun Böyük Söyüdlü kənd sakini Eldar Məmməd oğlu Mahmudov isə xəsarət alıb.

Yaralı müalicə üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31