SON DƏQİQƏ: Bakıda yaşayış binasında YANĞIN

Bakı şəhərində yaşayış binasında yanğın başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xitməti məlumat verib.

Məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31