Kəramət Böyükçöl İstintaq idarəsinə şahid qismində çağırılıb - Baş Prokurorluq

Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin açıqlamasında deyilir

"Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir", - açıqlamada deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31