Azərbaycanda mikroavtobus sürücüsü sükan arxasında öldü
26 Oktyabr 2022 23:25 HadisəAzərbaycanda sürücü sükan arxasında ölüb.
Olaylar.az "unikal"a istinadən xəbər verir ki, hadisə bu gün Qobustan rayonu ərazisində baş verib.
Belə ki, Bakı-Qax marşrutu üzrə fəaliyyət göstərən "Mersedes Vito" markalı sərnişin mikroavtobusunun sürücüsü sükan arxasında halı pisləşib.
O, Qobustan rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla baglı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31