Polis əməkdaşı qəzaya düşdü
25 Oktyabr 2022 19:27 HadisəBu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M.Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R.Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub.
Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. RPŞ-də araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31