Partlayışda yaralanan gənc VƏFAT ETDİ

Oktyabrın 9-da Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda yaralanan Toğrul Əliyev dünyasını dəyişib.

Olaylar.az bildirir ki, bu barədə qafqazinfo-ya onun yaxınları bildirib.

Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunmuş 2001-ci il təvəllüdlü Toğrul Əliyevə bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı diaqnozu qoyulmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31