Bakıda yaşayış binasında partlayış baş verib - VİDEO + (ƏLAVƏ OLUNUB)

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ölən və ya ciddi xəsarət alanın olmadığı bildirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Olaylar.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31