Bank kartından kiber üsulla pul talayan şəxs MÜƏYYƏN EDİLİB
8 Oktyabr 2022 23:10 HadisəVətəndaşın bank kartından 725 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cü il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.
Araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31