Mina partlayışı nəticəsində daha bir nəfər xəsarət alıb
8 Oktyabr 2022 20:12 HadisəDaxil olan yenilənmiş məlumata əsasən bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərərçəkib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verilib.
Qeyd olunub ki, 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31