Xırdalanda yaşayış binasında yanğın baş verdi

Abşeron rayonunda yanğın baş verib.

Olaylar.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 20 ədəd elektrik sayğacı yanıb.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31