Bərdə xəstəxanasında ana doğuşdan sonra ÖLDÜ

Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

Olaylar.az bildirir ki, hadisə ötən gün baş verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu S.Əsədovanın ikinci hamiləliyi olub.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31